1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu məhkəməyə verildi - FOTOLAR
Milyarder Alessandro Protoya məxsus, daşınmaz əmlakın satışı ilə məşğul olan şirkət İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunu məhkəməyə verib. Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, portuqaliyalı hücumçu böhtan atmaqda və yalan danışmaqda günahlandırılıb.
Ondan 10 milyon avro tələb olunub. Şirkət bir müddət öncə Ronaldunun ABŞ-ın Nyu-York şəhərində 18,5 milyon avroya çardaqlı mənzil aldığını açıqlayıb. Lakin futbolçunun nümayəndələri bu xəbəri təkzib ediblər. Öz növbəsində "Proto Group" rəsmiləri iddia qaldırıb.
Şirkətin açıqlamasında deyilir: "Mənzil Kriştianu Ronaldunun adına qeydiyyatdan keçirildikdən sonra dostu Badr Hariyə hədiyyə olunub. Ola bilsin, futbolçu bu faktla əlaqədar alqı-satqını təsdiqləməyib. Bəlkə də şəxsi həyatı ilə əlaqədar öz motivləri var. Lakin "Proto Group" imicini müdafiə edəcək".
Qeyd edək ki, daha öncə "Sun" tabloidi Kriştianu Ronaldunun Mərakeş əsilli hollandiyalı kikboksçu Badr Hari ilə homoseksual münasibətlərdə şübhəli bilindiyinə və görüş üçün Mərakeşə baş çəkdiyinə dair xəbər yayıb.