"Neftçi”nin serbiyalı sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı qolkiper Premyer Liqa təmsilçisi "Okjetpes”lə müqvailə imzalayıb. Stamenkoviçin son olaraq Yunanıstanın "Kerkira” klubunun şərəfini qoruyub və ordan ayrıldıqdan sonra sərbəst futbolçu olub.
Saşa 2011-2015-ci illərdə "Neftçi”nin şərəfini qoruyub. O, 98 oyun keçirdiyi Azərbaycan Premyer Liqasının 2 dəfə (2012 və 2013-cü illərdə) qalibi olub. Serbiyalı qapıçı ardıcıl 2 mövsüm (2012/13 və 2013/14) Azərbaycan kubokunu da qazanıb. Stamenkoviç Azərbaycan ilk dəfə qrup mərhələsinə düşdüyü zamanı – 2012-ci ildə Avropa Liqasında "Neftçi”nin əsas qapıçısı olub.