Azərbaycan Premyer Liqasının XXVII turunda "Neftçi”ni qəbul edəcək "İnter"də zədəlilərin durumuna aydınlıq gəlib. Klubdan Sportnet.az-a verilən məlumata görə, Qara Qarayev növbəti görüşü buraxacaq.
Fuad Bayramov və Laşa Salukvadze isə artıq komanda ilə məşq edir. Hər iki futbolçu "Neftçi" ilə matça çıxa biləcək. Serbiyada müayinədən keçən kapitan Nizami Hacıyev isə dünən vətənə qayıdıb. Həkimlər Hacıyevi "Neftçi" ilə matça hazırlayır. Komanda ilə birgə məşq edən Rauf Əliyev isə demək olarki artıq zədəsini tam bərpa etmək üzrədir. O, müəyyən vaxt çərçivəsində əvəzedici komandanın oyunlarında iştirak edəcək. Əliyevi aprelin ortalarından əsas komandanın matçlarında görmək mümkün olacaq.
Qeyd edək ki, "İnter” – "Neftçi” matçı martın 30-da "İnter Arena”da keçiriləcək. Görüş saat 18:00-da başlanacaq. "İnter" hazırlıq prosesinə martın 24-dən başlayıb.