1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin Avroliqadakı rəqibinə sərt cəza
Yunanstan Futbol Federasiyası PAOK klubunu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna "Olimpiakos"la ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda baş verənlər səbəb olub.
Qərara əsasən, Saloniki təmsilçisi 5 matçlıq azarkeşsiz oynamalı olacaq. Bundan başqa komandanın aktivindən 5 xal silinib. Apellyasiya Komitəsi cəzanı qüvvədə saxlasa, PAOK-un Çempionlar Liqası şansları təhlükəyə düşəcək. Hazırda bu klub Super Liqanın sonuna 3 tur qalmış 4-cü pillədə qərarlaşıb. Cəza dəyişməsə, PAOK 5-ci pilləyə enəcək və 6-cı yerdəki "Cannina" ilə xal fərqi 4-ə enəcək. Yunanıstanda Çempionlar Liqasına gedən 2-ci komanda və Avropa Liqasına vəsiqələrin sahibləri 4 komanda arasında oynanılan "pley-off" qarşılaşmaları ilə müəyyənləşir.
Qeyd edək ki, PAOK - "Olimpiakos" qarşılaşmasında qalmaqal 86-cı dəqiqədə qonaqların 2:1 hesabı ilə öndə olduqları vaxt baş verib. Meydan sahiblərinin futbolçusu Robert Mak rəqibin cərimə meydanı daxilində yıxılsa da, hakim "davam" qərarı verib. Buna etiraz edən yerli azarkeşlər meydana girərək, təhlükəsizlik xidməti əməkdaşları ilə toqquşub. Nəticədə referi oyunu dayandırıb, Yunanıstan hökuməti isə bu mövsüm kubok qarşılaşmalarının keçirilməsinə qadağa qoyub. PAOK Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olub. İki komanda arasında həm Bakıda, həm də Salonikidə keçirilmiş görüşlərdə hesab açılmayıb - 0:0.