Azərbaycan Premyer Liqasının XXVII turunda Gəncədə "Zirə"ni qəbul edəcək "Kəpəz" oyunla bağlı Bakı toplanışını bu gün başa vurub. Sportnet.az-ın məlumatına görə, paytaxtda keçirilən son məşqdə milli komanda ilə Türkiyə toplanışında olmuş Namiq Ələsgərov və Tərlan Quliyev iştirak etməyib.
Onlara bir günlük istirahət verilib. Hər iki futbolçu komandaya sabah qoşulacaq. Bu ikilidən fərqli, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının heyətində yer almış Budaq Nəsirov martın 27-dən Gəncə klubunun hazırlığında iştirak edir.
Qeyd edək ki, martın 23-dən paytaxtda hazırlıq keçən "sarı-göylər" sabah Gəncəyə qayıdacaq.