Avropa Liqasının II təsnifat mərhələsində Bakının "Neftçi" və Sloveniyanın "Koper" klubu arasında keçiriləcək matçın biletləri iyulun 15-də satışa çıxarılacaq. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Klub rəsmisi oyun biletlərinin 1 manata satışa çıxarılacağını deyib. O, stadionun VİP tribunalarına giriş biletinin qiymətinin isə 10 manat təşkil edəcəyini bildirib.
VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Koper" matçı iyulun 17-də saat 20:00-da başlayacaq.