"İlk hissə bizim üçün çətin oldu. Komanda yoldaşlarımda yorğunluq hiss olunurdu". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tural Axundov deyib.
Azərbaycan Premyer Liqasının XXVII turunda evdə "Zirə" ilə keçirilən oyundan danışan futbolçu matç haqda bunları bildirib: "İlk yarıda istədiyimiz qolları vura bilərdik. Uşaqlara çox sağ ol deyirəm ki, toparlanıb qol vurduq. "Neftçi" ilə oyunda da penaltini mən yerinə yetirmişdim. Şahin müəllim bunu mənə həvalə edib. Bu qolu azarkeşlərə həsr edirəm. Ebah topu saxlamağı bacaran futbolçudur. Amma Bəxtiyar Soltanov da bunun öhdəsindən gəldi".
Qeyd edək ki, "Kəpəz" 2:0 hesabı ilə qalib gəlib və komandanın birinci qolu Tural Axundovun aktivinə yazılıb.