1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Qeyri-adi heç nə baş verməyib"
"Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyəcəyinə hazır olmaq lazımdır". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk AZAL-a səfərdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis heyətdə etdiyi dəyişikliklərin səbəbini də açıqlayıb: "Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.