"Qəbələ”nin qış fasiləsindən sonra heyətinə cəlb etdiyi Pavel Paşayev hələ də debüt etməyib. Sportnet.az-ın məlumatına görə, Ukraynanın "Metallurq” (Zaporojye) klubundan gələn, yeni komandasında 5 nömrəli formanı daşıyan müdafiəçi ehtiyatda qalır. Azərbaycan milli komandasının da üzvü olan Paşayev ötən ay Antalyadakı təlim-məşq tolanışında iştirak etsə də, Qazaxıstan yığması ilə yoldaşlıq göürüşündə də oynamayıb.
"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Sportnet.az-a aşıqlamasında Paşayevin oynamamasına aydınlıq gətirib. Ukraynalı mütəxəssis təcrübəli müdafiəçiyə inamını itirmədiyini bildirib: "Bildiyiniz kimi, komandamızda bir necə cinah müdafiəçisi var. Bu üzdən əsas heyətə düşmək uğrunda rəqabət mövcuddur. Çətinlik Paşayevin gəldiyi vaxtla bağlı oldi. O, elə vaxtda komandaya gəlmişdi ki, heyətə daxil edilə bilməsi üçün hər ikimizin yetərincə zamanı yox idi. Onu başa düşürük ki, Paşayev oynayan futbolçudur. Biz ona güvənirik. Fikrimcə, Pavel yaxın vaxtlarda artıq oynayacaq”.