"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 28-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, gənc çalışdırıcı 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bunları açıqlayıb: "Oyun qalsın bir qırağa, matəm içindəyik. Şəhidlər vermişik. Səngərdə əsgərlərimiz var, dualarımız onlarladı. Qələbəyə görə "Zirə"ni təbrik edirəm. Komandam fərdi səhvlər etdi. Bu, komandamızın bəlasıdır. Bu, "Neftçi" ilə oyunda da belə oldu. Rəqib ikinci hissə güclü oynadı. Oyunçulara demişdik ki, qısa ötürmələrlə oynamayın, topu qabağa atın. Amma belə etməyin.Matçın sonunda baş verənlərə gəlincə, açığı o epizodu elə də dəqiq görmədim. Mən oynasaydım, Nurlan Novruzov qabağımda belə hərəkət edə bilməzdi".
Minbi& Futbolınfo.az