
"Neftçi”nin sabiq legioneri Ernest Nfot avtomobil qəzasına düşüb. Sportnet.az-ın məlumatına görə, kamerunlu hücumçu bu haqda "Facebook” sosial şəbəkəsində məlumat verib.
"Neftçi”dən gedəndən sonra Səudiyyə Ərəbistanının "Əl-Vehda” klubunda oynayan Nfor sağ qaldığına görə Allaha şükür edir: "Dünən gözəl oyunla 3:1 hesablı qələbədən, məqsədimizə doğru növbəti addımı atandan sonra evə qayıdırdım. Hadisə həmin vaxt baş verdi. Qarşıdan gələn avtomobil mənim maşınımla toqquşdu. Əgər Allah sənin tərəfindədirsə, heç kim sənə heç nə edə bilməz. Mən evə xəsarət almış çəkildə gəldim. Ancaq ölümə qalib gələ bildim”.
Qeyd edək ki, Ernest Nfor 2013 - 2015-ci illərdə "Neftçi"də oynayıb.