Azərbaycan Premyer Liqasının XXX turunda "Rəvan"ı qəbul edən "Qəbələ"də itki baş verib. Sportnet.az-ın məlumatına görə, hazırda davam edən maçtın 26-cı dəqiqəsində müdafiəçi Ruslan Abışov yerdə qalıb.
Futbolçu oyunu davam etdirə bilməyib. Nəticədə baş məşqçi Roman Qriqorçuk 29 yaşlı futbolçunu Vojislav Stankoviçlə əvəzləyib.
Qeyd edək ki, oyunda hesab açılmayıb.