"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Rəvan"la Azərbaycan Premyer Liqasının XXX tur matçında texniki zonadan kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis oyunun sonlarında baş hakim Rauf Cabbarovun qəzəbinə tuş gəlib.
O, hakimlərin ünvanına sərt ifadələri səbəbindən tribunaya göndərilib. Bu isə o deməkdir ki, Qriqorçuk XXXI turda "Xəzər Lənkəran"la səfər oyununu tribunadan izləyəcək.
Qeyd edək ki, 62-ci dəqiqədə "Rəvan"ın futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqəni alaraq meydançanı tərk edib.