
"Qarabağ"ın futbolçusu Muarem Muarem "İnter"lə Azərbaycan Kubokunun ilk yarımfinal matçında zədələnib. "Report"un məlumatına görə, makedoniyalı yarımmüdafiəçi 13cü dəqiqədə yerə yıxılıb.
Qasıq nahiyəsində ağrılar hiss edən Muarem meydanı tərk edib. O, yerini Reynaldoya verib.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.