1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Qurban Qurbanovun 3-cü çempionluğu üçlük təşkil etdi
Qurban Qurbanov məşqçilik karyerasında 3-cü dəfə Azərbaycan çempionu olub. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı çalışdırıcı buna 2008-ci ildən işlədiyi "Qarabağ"la nail olub. Özü də Qurbanovun çempionluqları ardıcıl olub.
O, Azərbaycan çempionu olan baş məşqçilər siyahısında irəliləyərək, birdən-birə 2 həmkarına çatıb. Bunlar Böyükağa Hacıyevlə Mehman Allahverdiyevdir. Allahverdiyev də Qurbanov kimi hər 3 çempionluğu eyni klubla - "Kəpəz" (1995, 1998, 1999) qazanıb. Hacıyev əvvəlcə "Bakı" (2006), sonra "Neftçi" (2012, 2013) ilə 1-ci olub.
Siyahıya 5 dəfə çempion olan Azərbaycanın ən titullu məqşçisi Ağasəlim Mircavadov başçılıq edir. O, 1993-cü ildə "Qarabağ"la, 2000 və 2001-ci illərdə "Şəmkir"lə, 2005-ci ildə "Neftçi", 2007-ci ildə "Xəzər Lənkəran"la qızıl medal qazanıb. Mircavadovun ən yaxın izləyicisi olan Kazbek Tuayevin hesabında 4 çempionluq var. O, 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə qələbəni bayram edib.
Beş mütəxəssisdə isə hərəyə 1 çempionluq var. Belə ki, Əhməd Ələsgərov 1992-ci, Arif Əsədov isə 2001-ci ildə "Neftçi"yə çempionluq qazandırıb. Artıq ölkəmizdə işləməyən əcnəbi çalışdırıcılardan ukraynalı Valentin Xodulin 2008-ci ildə "İnter"i, makedoniyalı Qyoko Hacıyevski bundan 1 il sonra "Bakı"ya, növbəti mövsümdə isə gürcü Kaxaber Tsxadadze "İnter"i qızıl medalçı edib.