1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"dən Rauf Əliyev açıqlaması
Bakı "İnter"inin futbolçusu Rauf Əliyevin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXXII tur matçında aldığı zədə həyatı üçün təhlükəli deyil. Sportnet.az "bankirlər"in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə həkim müayinəsindən sonra məlum olub.
Ötən günü xəstəxanada keçirən Əliyev artıq evə buraxılıb. O, müalicəsini ambulator şəraitdə davam etdirəcək. Nəticə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Rauf Əliyev uzatma dəqiqələrində rəqib futbolçunun zərbəsindən sonra sifətindən güclü zərbə alıb. Nəticədə meydançaya təcili yardım maşını çağırılıb və o, xəstəxanaya aparılıb.