Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qəbələ"ni penaltilər seriyasında üstələyən "Neftçi" adını finala yazdırıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini səsləndirib.
O, bəxtlərinin gətirdiyini qeyd edib: "Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Çətin də olsa, istəyimizə nail olduq. Bəxtimiz gətirdi. Final isə bir oyunda ibarətdi. Nəyimiz var ortaya qoyacağıq. Çalışacağıq gözəl futbol nümayiş etdirək. Hamı bilir ki, "Qarabağ" güclüdü. Düzü, penaltilər seriysı haqda düşünməmişdik. Buna elə də hazırlaşmamışdıq. Sadəcə, məşqdə bir dəfə buna ehtiyac duymuşduq. "Qəbələ"nin futbolçularının səviyyəsi daha yüksəkdi. Bizim futbolçuların çoxu isə cavandı. Onlara da inanıram. Biz "Qəbələ"ni analiz etmişdik. Çətin olacağını bilirdik".
Mənbə: Sport7.az