"Qarabağ" cari mövsümdə "Əlincə Arena"da daha bir ev oyunu keçirəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov Sportnet.az-a açıqlamasında 34-cü turda "Qəbələ"ni də bu stadionda qəbul edəcəklərini bildirib: "Bildiyiniz kimi, növbəti turda "Sumqayıt"la ev oyunumuz "İnter Arena"da olacaq. Çünki "Neftçi" AZAL-la "Əlincə Arena"da görüşəcəyindən, oyunlarımız üst-üstə düşürdü.
Bundan sonrakı turda da öz meydanımızda oynayacağıq. Həmin matçda "Qəbələ"ni "Əlincə Arena"da qəbul edəcəyik. Nəhayət, son ev oyunumuz AZAL-la olacaq. Həmin vaxt artıq öz stadionumuzda - "Azərsun Arena"da oynaya biləcəyik".