1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Rəqib "Qarabağ" olmasaydı, finala çıxa bilərdik"
"Yaxşı oynadıq. İkinci hissədə çox qol vəziyyətləri yaratdıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları cavab yarımfinal matçından sonra bildirib. Gürcü mütəxəssis məğlub olmalarına baxmayaraq futbolçularından razı qalıb: "Özlərini göstərmək üçün gənc futbolçulara şans vermişdik. Düşünürəm ki, onlar öz imkanlarından yararlandırlar. Mirhüseyn Seyidova zədədən sonra çox çətindir. Belə oynamasını karyerasında eniş kimi dəyərləndrimirəm".
Svanadzenin fikrincə, rəqibləri "Qarabağ” olmasaydı, finala çıxmaq şansları var idi: "Əlbəttə, finala vəsiqə qazanmadığımız üçün çox üzülürəm. "Qarabağ”ın yaxşı heyəti var. Dediyim kimi bu gün gənc futbolçulara şans vermişdim. Düşünürəm ki, onlar bu gün şanslarından yaxşı yararlandılar".