1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" daha bir rekordu təkrarladı
Azərbaycan Premyer Liqasında ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın "Qarabağ” klubu kubokda da eyni nailiyyətə imza atıb. Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri baş məşqçi olduğu komanda özünün Azərbaycan kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.
İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən "ağ-göylər” 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan "Qarabağ” cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.
Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada "Neftçi”ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ” cari kubok turnirinə "Şəmkir”lə 1/8 final oyunu ilə başlayıb – 2:0. 1/4 finalda "Sumqayıt”ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda "İnter”i 2 dəfə məğlub edib – 4:0, 1:0. "Ağ-göylər”in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. "Simurq”la cavab oyununda qapılara qol vurulmayıb.
Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası "Kəpəz”ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.