"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 33-cü turunda "Rəvan"a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, gürcü mütəxəssis bu gün yaxşı oynadıqlarını deyib: "Oyun demək olar, "İnter"in üstünlüyü şəraitində keçdi. Xüsusilə də gənc futbolçular məni sevindirdilər. Onlar bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmağa başlayacağıq. Çempionatı layiqli başa vurmağa çalışacağıq".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |