1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tək qapılı tur
Azərbaycan Premyer Liqasının 33-cü turu mübarizə tək qapıya gedib. Sportnet.az-ın məlumatına görə, keçirilən 5 oyunun yalnız 1-də hər iki qapıya qol vurulub. Buna da "Neftçi" - AZAL matçında qonaqların gürcü futbolçusu Nuqzar Kvirtiya vurduğu yeganə qolla nail olub.
Turun ən gözlənilməz nəticəsi "Zirə"nin evdə böyükhesablı məğlubiyyəti olub. Adil Şükürovun yetirmələri öz meydanında ardıcıl 2-ci oyunda uduzub və ümumilikdə 5 qol buraxıb. Ümumiyyətlə, zirəlilər ardıcıl 3 turdur rəqib qapısına yol tapa bilmir. "Qarabağ"a yenilməklə çempionluq şansını tam itirən "Zirə"nin avrokuboklarada gedə bilməməyi də motivasiyasını azaldıb. Ancaq komandanın debüt mövsümündə gümüş medalçı kimi stimulu var. Debütant "Qəbələ"ni məğlub etsəydi, bunu növbəti turda rəsmiləşdirməsi qalırdı. Ancaq indi vəziyyət elədir ki, 2-ci pillə də əldən gedə bilər. Çünki "Zirə"nin ən yaxın izləyicisi "Kəpəz" onunla xal fərqini 5-ə endirib. Qarşıda 3 tur var ki, bunlardan birində komandaların Zirədə görüşü olacaq.
"Neftçi" isə AZAL-ın yenməklə onunla xal fərqini azaldıb. Nəticədə Avropa Liqasına vəsiqə verən 6-cı pillə uğrunda mübarizə gərginləşib. Hazırda bu mövqedə qərarlaşan AZAL ən yaxın izləyicisi "Neftçi"ni cəmi 2 xal qabaqlayır. Vəli Qasımovun komandası 3 aylıq fasilədən sonra çempionatda evdə qalib gələ bilib. Fərq ondadır ki, bu, "Bakcell Arena"da yox, ilk dəfə oynadığı "Əlincə Arena"da qeydə alınıb. Nəticədə Vəli Qasımov Premyer Liqada ilk ev qələbəsinə sevinə bilib. O, bunadək qələbələrini rəqib meydanında qazanmışdı. Düzdür, 47 yaşlı mütəxəssisin "Neftçi"də debütü ev oyununa, "Bakcell Arena"da olsa da, onda "Xəzər Lənkəran"ı Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında 2:0 hesabı ilə məğlub etmişdi.
"Kəpəz"lə "Xəzər Lənkəran" səfərdə autsayderləri darmadağın ediblər. Gəncə klubunun kamerunlu bombardiri Julien Ebah hesabına 8-ci qolu yazıb və liderlər qrupuna bir az da yaxınlaşıb. Hücumçu son 3 turda 4 qol vurub. "Kəpəz"in digər qollarına isə yerli futbolçuları Kərim Diniyevlə Orxan Əliyev imza atıblar. Baş məşqçi Şahin Diniyevin oğlu Kərim cari mövsümdə 2-ci dəfə fərqlənirsə, Orxan qış fasiləsindən sonra şərəfini qoruduğu klubda qol hesabını açıb.
"İnter"in hər 4 qoluna yerli futbolçuları imza atıblar ki, bu da legionerləri bol olan komandada nadir hallarda təsadüf edir. Müdafiəçi Abbas Hüseynov əvvəl qol sevinci yaşayıb. Kapitan Nizami Hacıyev uzun fasilədən sonra fərqlənib. Gənc hücumamaylli yarımmüdafiəçi Mirsahib Abbasov isə ilk dəfə dubl edib. O, son 2 turda 3 dəfə rəqib qapısına yol tapıb.
Ümumiyyətlə, son turda azərbaycanlı futbolçular legionerlərdən çox qol vurublar. Belə ki, 14 qoldan 8-i yerli oyunluların payına düşüb.