1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan - Belçika matçının baş hakiminə "Qarabağ" damğası - VİDEO
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Belçika yığması ilə keçirdiyi Avropa çempionatının seçmə qrup matçının baş hakimi Petr Ardeleanu ilə bağlı maraqlı məqam ortaya çıxıb. Sportnet.az-ın məlumatına görə, çexiyalı referi 2014-cü il dekabrın 11-də "Qarabağ"ın Bakıda İtaliya "İnter"i ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin VI tur matçının hakimlər briqadasında yer alıb.
O, həmin qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib. Uzatma dəqiqələrində "Qarabağ" qol vurarkən, baş hakim Miroslav Zelinka vəziyyəti "ofsayd" kimi dəyərləndirib. Nəticədə qol qeydə alınmayıb. Həmin vaxt Ardeleanu epizodu qapı arxasından izləyib. Qolun sayılmamasında onun nə dərəcədə rolunun olduğu məlum deyil.
Mayın 8-də isə 36 yaşlı referi 36-cı dəqiqədə belçikalı futbolçunun müdaxiləsindən sonra azərbaycanlı oyunçu Fərid Nəbiyevin yerdə qaldığı epizodu penalti kimi dəyərləndirməyib. Onun idarəçiliyi millimizin düşərgəsində narazılıqla qarşılanıb.
Qeyd edək ki, Petr Ardeleanu daha öncə baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Makedoniya ilə səfər oyununda da baş hakim olub. 2013-cü il noyabrın 15-də keçirilmiş AVRO-2015-in seçmə qrup matçında meydan sahibləri qələbə qazanıb - 1:0. Ardeleanu Makedoniyanın 2, Azərbaycanın 3 futbolçusuna sarı vərəqə göstərib.