
Türkiyənin "Sivasspor" klubunun futbolçusu Cihan Özkara Azərbaycan milli komandasının düşərgəsinə bir gün gec qoşulacaq. Bu barədə Sportnet.az-a 23 yaşlı hücumçunun özü məlumat verib.
Özkara bu gecə ABŞ-a yola düşəcək yığmamızın əksər üzvlərindən fərqli olaraq, okeanın o tayına mayın 21-də Almaniyadan üz tutacağını söyləyib. O, millimizin San-Fransiskoda bir həftəyədək davam edəcək təlim-məşq toplantısının uğurla keçəcəyinə və mayın 27-də ABŞ-la yoldaşlıq görüşünün gözəl alınacağına ümid etdiyini bildirib: "Çətin olacaq. ABŞ yaxşı komandadır. Amma biz də düzgün yoldayıq".
Qeyd edək ki, ABŞ - Azərbaycan matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may səhər saat 7:00-da) başlanacaq.