1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlkin Qırtımov xəstəxanaya aparıldı
"İnter"in futbolçusu İlkin Qırtımov xəstəxanaya aparılıb. Bu haqda Sportnet.az-a komandanın baş məşqçisi Zaur Svanadze məlumat verib.
O, "Xəzər Lənkəran"la bugünkü matçın sonunda zədələnən müdafiəçinin vəziyyəti ilə bağlı fikirlərini açıqlayıb: "Artıq ikinci ev oyunudur ki, bizim üçün matç futbolçunun təcili tibbi yardıma ehtiyac olması ilə bitir. Düzdür, Rauf Əliyevdən fərqli İlkinə Təcili Tibbi Yardım maşını ilə meydançadan xəstəxanaya aparılmadı. İlk baxışdan elə bir tibbi yardım lazım deyildi. Ancaq sonradan qərara aldılar ki, xəstəxanaya aparılması daha məqsədəuyğundur. Başından xəsarət alan Qırtımov orada tibbi müayinədən keçiriləcək. Bundan sonra futbolçumuzun durumu haqda məlumatımız olacaq".
Maraqlıdır ki, Rauf məhz həmin qapının yanında, həmin yerdə zədələnmişdi. Bunu Svanadzenin diqqətinə çatdırdıqda gülümsəyib: "Həqiqətən də yenə futbolçumuz həmin yerdə zədələndi. Bunun niyə belə olduğunu bilmirəm".