
"Son 2 oyun bizim üçün uğurlu oldu, 6 xal qazana bildik. Bürünc medal qazanmağa böyük şansımız var. Əgər öz oyunlarımızda qalib gəlsək, istəyimizə çatacağıq". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Gürcü mütəxəssis komandanın "sükanı arxası"nda debüt mövsümünü medalçı kimi başa vurmağa yaxındır. Bunu "İnter"in bu turda 3-cü pilləyə yüksəlməsindən sonra demək olar.
Svanadze bürünc mükafatçı olmaları üçün sonadək mübarizə aparmalı olduqlarını söyləyib: "Artıq hər şey öz əlimizdə olsa da, rəqiblərimizin oyunlarının nəticələrini də nəzərə almaq lazımdır. Məqsədimizə çatmaq üçün maksimum hər şey edəcəyik. Vəziyyətə sonda baxarıq".