1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kim daha şanslı və ya son turda "qızıl oyun" olacaq
Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca mübarizə gərginləşir. Sportnet.az-ın məlumatına görə, sona 2 tur qalmış 2 komandanın çempionatı hansı pillədə bitirəcəyi indidən bəllidir. Bu, "Qarabağ"la "Sumqayıt"dır.
Ağdam klubunun çempionatı 1-ci yerdə başa vurması hələ 32-cu turda rəsmiləşib. "Sumqayıt"ın isə uzun müddətdir yer aldığı 8-ci pillədə qalacağı dəqiqdir. Ancaq digər pillələrdə yerdəyişmələr mümkündür. Bunlar arasında 3-cü, 6-cı və 9-cu pillə uğrunda mübarizə futbolsevərlər üçün daha maraqlıdır. Axı 3-cü yerin sahibi bürünc medal, 6-cı yerin sahibi Avropa Liqasına (əgər "Qarabağ" kubokun da qalibi olarsa), 9-cu yerin sahibi Premyer Liqada qalmaq vəsiqəsini qazanacaq. Gəlin, iddiaçı komandaların son 2 turda oyunlarına nəzər yetirərək vəziyyəti təhlil edək.
Təqvimə baxanda iddiaçıların bir-biri ilə görüşəcəyini də görə bilərik. Hazırda 3-cü pillədə olan, rəqiblərini xalda qabaqlayan "İnter" "Neftçi" qalib gələrsə, işini xeyli asanlaşdıracaq. Çünki son turda qəbul edəcəyi "Zirə"nin həmin vaxtadək gümüş medalçı olacağı dəqiqləşəcəyi gözlənilir ki, bu zaman iddiası qalmayacaq. Xatırladaq ki, "Zirə" ilə "İnter" çempionatın mükafatçıları olsalar belə, UEFA onları müəyyən səbəblərdən avrokuboklara buraxmır.
"Kəpəz"in qrafiki çətindir. Çünki bu gün qonağı olacağı "Zirə" gümüş medal qazanmaq üçün qalib gəlməlidir. Düzdür, Gəncə təmsilçisinin son turda oyunu evdə olsa da, bürünc medal uğrunda əsas rəqiblərindən olan "Qəbələ"ni qəbul edəcək.
"Qəbələ" çətin Gəncə səfərindən öncə AZAL-la ev oyunu gözləyir. Məlum olduğu kimi, "təyyarəçilər" Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırlar. Üstəlik, Tərlan Əhmədovun komandası "Qəbələ"dən son 2 oyundan 4 xal alıb, səfərdə qolsuz bərabərliyə qalıb.
6-cı pillə uğrunda mübarizə aparan AZAL-la "Neftçi"nin son turda rəqibləri münasibdir. Çünki onlar turnir mövqeyi baıxmından mübarizə aparmayan "Qarabağ"la "Sumqayıt"ı qəbul edəcəklər. Ancaq müqayisədə "Neftçi"nin təqvimi AZAL-dan yaxşıdır. Hər halda, "təyyarəçilər"in çətin "Qəbələ" səfərindən sonra qəbul edəcəyi "Qarabağ"ın çempionluq qazanandan sonra da qələbələri sıralaması göz qabağındadır. "Neftçi" isə "İnter"dən sonra görüşəcəyi "Sumqayıt"ın daha münasiq rəqib olması şübhə doğurmur. Üstəlik, bakılılar "gənclik şəhəri" təmsilçisi ilə cari mövsümdəki oyunlarda müsbət saldoya malikdir.
Ən nəhayət, Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlar. İlk növbədə onu bildirək ki, "Rəvan" səfər oyunlarını artıq başa vuran yeganə komandadır. Bəhmən Həsənovun komandası son 2 matçını evdə keçirəcək. "Rəvan" bu gün "Qarabağ"ı qəbul edəcəyindən işi "Xəzər Lənkəran"dan çətindir. Hər halda, cənub klubu iddiasız "Sumqayıt"ı qonaq edəcək. Son turda isə Premyer Liqada qalmaq uğrunda "qızıl oyun" keçiriləcək. Çünki "Rəvan"la "Xəzər Lənkəran" öz aralarında oynayacaqlar. Göründüyü kimi, birinci diviziona kimin düşəcəyi həmin matçda müəyyənləşəcək. "Rəvan" öz meydanında oynadığından və evdə "Zirə", AZAL, "Neftçi" kimi iddialı rəqiblərə qalib gəldiyindən şansı daha yükəskdir.
3-cü yer uğrunda mübarizə
"İnter"
səfərdə - "Neftçi"
evdə - "Zirə"
"Kəpəz"
səfərdə - "Zirə"
evdə - "Qəbələ"
"Qəbələ"
evdə - AZAL
səfərdə - "Kəpəz"
6-cı yer uğrunda
AZAL
səfərdə - "Qəbələ"
evdə - "Qarabağ"
"Neftçi"
evdə - "İnter"
səfərdə - "Sumqayıt"
9-cu yer uğrunda
"Xəzər Lənkəran"
evdə - "Sumqayıt"
səfərdə - "Rəvan"
"Rəvan"
evdə - "Qarabağ"
evdə - "Xəzər Lənkəran"