
"Qarabağ" cari mövsümdə 2-ci dəfə qırmızı vərəqə alıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu qış fasləsindən sonra ilk dəfə oyunda azlıqda qalıb. Bu, "Rəvan"la davam edən oyunun 25-ci dəqiqəsində müdafiəçi Eltun Yaqublu ilə gerçəkləşib. O, topu qapı xəttindən əli çıxardığına görə həm birbaşa qırmızı alıb, həm də penaltiyə səbəbkar olub.
Ağdam təmsilçisi cari çempionatda ilk qırmızı vərəqəni 16-cı turda "Sumqayıt"la ev oyununa alıb. Həmin vaxt "Qarabağ"da oynayan hollandiyalı hücumçu Raydell Pupon qovulub. O, "Azərsun Arena"da 2:2 hesabı ilə nəticələnən oyunun sonunda 5 dəqiqəyə (86 və 90+1-ci dəqiqələrdə) iki sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etməli olub. "Qarabağ"a həmin vaxt qırmızı vərəqəni baş hakim Ömər Paşayev, bu dəfə isə Elvin Əsgərov göstərib.