Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında son yarımfinalçı da müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Hollandiya millisidir.
"Narıncılar" 1/4 finalda İsveçə qalib gəlib - 1:0. Yeganə qolu 62-ci dəqiqədə Tahit Çonq vurub.
Yarımfinalda Hollandiya Portuqaliya ilə qarşılaşacaq. Digər oyun Almaniya və İspaniya milliləri arasında olacaq. Hər iki matç mayın 18-də keçiriləcək.
Bu görüşlərin qalibləri mayın 21-də finalda üz-üzə gələcəklər.