"Zirə" Azərbaycan Premyer Liqasının mükafatını qazanan 16-ci klub kimi tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, 1992-ci ildən keçirilən milli çempionatımızın qızıl, gümüş və bürünc medalçıları sırasında indiyədəkl 15 komanda olmuşdu.
Bunlar "Neftçi" (Bakı), "Xəzər" (Sumqayıt), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Kəpəz" (Gəncə), "Xəzri" (Buzovna), "Dinamo" (sonradan "Bakı"), "Şəmkir", "Viləş (Masallı), "Xəzər Lənkəran", "Karvan" (Yevlax), "İnter" (Bakı), "Olimpik" (Bakı), "Simurq" (Zaqatala) və "Qəbələ" olub. Gümüş medalı sona 1 tur qalmış təmin edən "Zirə" sıralamada 16-cı olub.
"Zirə" Bakı komandası olsa da, "Xəzri" kimi qəsəbə təmsilçidir. Zirənin eyniadlı təmsilçisi yüksək liqada debüt mövsümündəcə mükafatçı olub. Bu nailliyyəti qazanmaq daha öncə, konkret olaraq 2004-cü ildə "Xəzər Lənkəran"la "Karvan" müyəssər olub. Arxada qalan 23-cü milli çempionatda ən çox gümüş medalı "Xəzər Lənkəran", "Qarabağ" və "İnter" qazanıb - 3 dəfə. "Neftçi", "Xəzər" (Sumqayıt), "Bakı", "Şəmkir" hərəyə 2, "Turan", "Xəzri", "Kəpəz", "Karvan", AZAL hərəyə 1 dəfə 2-ci yerin sahibi olublar. "Adil Şükürovun yetirmələri son 2 mövsümdə güçüş mükafatçı olan "İnter"in hegemonluğuna son qoyub.
Xatırladaq ki, "Zirə"nin gümüş medal qazanması bu gün "Kəpəz"lə ev oyununda heç-heçə (2:2) sayəsində rəsmiləşib. Komandaya tarixi nəticəni cinah yarımmüdafiəçiləri Elvin Məmmədocla Nicat Qurbanov vurduğu qollarla qazandırıb.
Mövsüm Çempion
II yer
III yer
1992 - "Neftçi”
"Xəzər” (Sumqayıt) "Turan”
1993 - "Qarabağ”
"Xəzər” (Sumqayıt) "Turan”
1993/94 - "Turan”
"Qarabağ”
"Kəpəz”
1994/95 - "Kəpəz”
"Turan”
"Neftçi”
1995/96 - "Neftçi”
"Xəzri”
"Kəpəz”
1996/97 - "Neftçi”
"Qarabağ”
"Xəzri”
1997/98 - "Kəpəz”
"Dinamo”
"Şəmkir”
1998/99 - "Kəpəz”
"Şəmkir”
"Neftçi”
1999/2000 - "Şəmkir”
"Kəpəz”
"Neftçi”
2000/01 - "Şəmkir”
"Neftçi”
"Viləş”
2001/02 - yarımçıq qalıb
2003/04 - "Neftçi”
"Şəmkir”
"Qarabağ”
2004/05 - "Neftçi”
"Xəzər Lənkəran”
"Karvan”
2005/06 - "Bakı”
"Karvan”
"Neftçi”
2006/07 - "Xəzər Lənkəran”
"Neftçi”
"Bakı”
2007/08 - "İnter”
"Olimpik”
"Neftçi”
2008/09 - "Bakı”
"İnter”
"Simurq"
2009/10 - "İnter”
"Bakı”
"Qarabağ"
2010/11 - "Neftçi”
"Xəzər Lənkəran”
"Qarabağ"
2011/12 - "Neftçi”
"Xəzər Lənkəran”
"İnter”
2012/13 - "Neftçi”
"Qarabağ"
"İnter”
2013/14 - "Qarabağ"
"İnter”
"Qəbələ"
2014/15 - "Qarabağ"
"İnter”
"Qəbələ"
2015/16 - "Qarabağ"
"Zirə”