1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şükürovu Premyer Liqa tarixinə salan nəticə
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, gümüş mükafata yiyələnən 39 yaşlı mütəxəssisi milli çempionatımzda həm oyunçu, həm də məşqçi kimi medal qazanan növbəti futbol adamı olub. Şükürova qızıl medal qazanan "Qarabağ"ın baş məşqçisi kimi Qurban Qurbanov kimi Premyer Liqanın mükafatçısı olmaq nəsib olub.
Maraqlıdır ki, səbəbkarın futbolçu kimi ilk (eyni zamanda son) medalının əyarı məhz gümüş idi. Özü də bunu 1999/00 mövsümündə "Kəpəz"də qazanıb. Həmin "Kəpəz"də ki, "Zirə" yüksək liqanın mükafatını məhz onunla oyunda nəticə (2:2) sayəsində gerçəkləşdirib. Göründüyü kimi, Şükürov məşqçi kimi hələ ki ən böyük uğuruna keçmiş komandası ilə oyunda nail olub. Yeri gəlmişkən, sabiq müdafiəçi futbolçu kimi yeganə titulunu - ölkə kubokunu həmin vaxt Gəncə klubunun heyətində qazanıb.
Şükürov Premyer Liqada ilk mövsümündə uğur qazandırdığı "Zirə"yədək "Karavn"ın tarixinə düşmüşdü. Belə ki, Azərbaycanda UEFA kubokunda ilk mərhələ adlayan məhz Yevlax təmsilçisi olub və Şükürov da həmin 2006/07 mövsümündə onun sıralarında idi.
Futbolçu karyerasını 2008-ci ildə 31 yaşında Sumqayıtın "Gənclərbirliyi" klububda başa vuran səbəbkar bunadək daha çox aşağı yaş qruplarından ibarət futbolçularla çalışıb. Belə ki, o, 2008-10-cu illərdə U-15 və U-17 yığmalarında almaniyalı Oliver Peltserin köməkçisi, daha sonra U-17-də baş məşqçi olub. Şükürov "Zirə"yədək çalışdığı "Bakı"nın U-14 komandasında bürünc, U-15 komandasında gümüş medalçı olub, U-17-də isə həm çempion, həm də kuboku qazanmaqla "qızık dubl" edib.