1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sevilya" Avropa Liqasını ardıcıl 3-cü dəfə qazandı - YENİLƏNDİ
Bu gün futbol üzrə Avropa Liqasının 2015/2016 mövsümünün qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları üz-üzə gəlib.
Bazeldə "Sankt-Yakob Park"da keçirilən qarşılaşma ispanların 3:1 hesablı əzmkar qələbəsi ilə nəticələnib. Bununla da "Sevilya" ardıcıl 3 il Avropa Liqasının qalibi olmaqla turnirdə ilkə, tarixi uğura imza atıb.
Hərçənd, final Unau Emerinin komandası üçün heç də yaxşı başlamayıb. Belə ki, "Sevilya" Daniel Starricin vurduğu qol sayəsində fasiləyə məğlub durumda yollanıb. Ancaq komandanın fransalı bombardiri Kevin Qameyronin ikinci hissə başlayan hesabı bərabərləşdirməsi həlledici olub. Ardından səhnəyə Koke çıxıb. O, qısa müddətdə etdiyi dublla ispanlara əzmkar qələbə qazandırıb və finalın əsas qəhrəmanı olub.
Qeyd edək ki, bu, "Sevilya"nın turnirdə 5-ci çempionluğu olub. Komanda Xuande Ramosun baş məşqçiliyi dövründə Avropa Liqası UEFA kuboku adlananda onu ardıcıl 2 mövsüm - 2006 və 2007-ci illərdə qazanıb. UEFA-nın hazırkı qaydalarına görə, "Sevilya" Avropa Liqasının qalibi kimi növbəti mövsüm Çempionlar Liqasının birbaşa qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası, final matçı
18 may
"Liverpul" (İngiltərə) - "Sevilya" (İspaniya) - 1:3
Qollar: Daniel Starric, 35 - Kevin Qameyro, 46. Koke, 64, 70
Baş hakim: Yunas Eriksson (İsveç)
Bazel. "Sankt-Yakob Park"