1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıdakı "Qol kralı"nın böyük şansı
Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-17) hücumçusu Jose Qomeş Bakıda keçirilən Avropa çempionatının final mərhələsinin bombardiri olmağa çox yaxındır. Sportnet.az-ın məlumatına görə, bu gün Hollandiya ilə yarımfinal oyununda (2:0) da fərqlənən hücumçu hesabına 6-cı qolu yazıb.
"Qol kralı" ən yaxın izləyicilərini 3 qol qabaqlayır ki, bu da final öncəsi böyük üstünlükdür. Üstəlik, Qomeşin rəqiblərindən yalnız ispanlar qalıblar. Portuqaliyanın finaldakı rəqibi olan İspaniyanın ən sərrast oyunçusu da "9 nömrə"dir. Bu, Abel Ruizdir.
Qeyd edək ki, Qomeş vurduğu 20 qolla Portuqaliya U-17-nin tarixinin bombardiridir. O, final mərhələsində ilk 2 qolunu startda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldikləri oyunda vurub.