O bildirib ki, bir müddət öncə məhəllə komandasının tərkibində süni örtüklü meydançalardan birində Hüseynov və dostlarına qarşı oynayıb. Həm də bu hal bir neçə dəfə təkrarlanıb. Halbuki Hüseynov millimizin heyətinə çağırılır və hətta ABŞ-la yoldaşlıq görüşündə iştirak üçün dəvət alan siyahıda ehtiyat oyunçu kimi göstərilib.
26 yaşlı müdafiəçi isə Sportnet.az-a açıqlamasında əvvəlcə "Bunu sizə kim deyib?" sualı ilə faktı təkzib etməyə çalışıb. Amma sonradan burada qeyri-adi bir şey görmədiyini əlavə edib: "Futbolçu hər yerdə oynaya bilər, burada nə var ki? Çempionatda fasilələr olanda formadan düşməmək üçün bu üsula da əl atırıq”.