
"Final oyunu əla, çox maraqlı keçdi. Bir az üstünlük "Qarabağ”da oldu. Yaxşı epizodlar yaratmışdı. "Neftçi” yaxşı mübarizə apardı. Nəticə oyuna görə oldu". Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev "CBC Sport"a açıqlamaısnda deyib. O, "Qarabağ”ı Azərbaycan kubokunu qazanmaq münasibətilə təbrik edib: "Neftçi” də Avropa Liqasına vəsiqə qazanıb. Düşünürəm ki, komandalarımız avrokuboklarda uğurla çıxış edəcəklər".
Başa çatan mövsümü dəyərləndirən AFFA prezidenti planlaşdıqdıqları bütün məsələləri həll etdiklərini bildirib: "Biz göylərdə uçmuruq, göylərdə quş axtarmırıq. Əsas uşaq futbolunun inkişafına, çempionata diqqət yetiririk. Premyer Liqada mübarizə çox səviyyəli keçdi. Gözəl nəticələr, birinci liqada mübarizə çox maraqlı oldu. Avrokuboklarda keçən mövsüm komandalarımız yaxşı çıxış etmişdilər. Qrup mərhələsində oynamağa öyrəşmişik. İki komanda ilə qrupda təmsil olunmağımız gözəl nəticədir. Bütün diqqətimiz Avro-2020-yədir və ora nəticə qazanmaq üçün gedirik".