1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in rəqibi Ponomaryovun sabiq komandasına qarşı
Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in rəqibi olan İsveçin "Elfsborq" klubu bu gün ölkə çempionatında növbəti matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, "Elfsborq" "Norrçöpinq"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq. 14 turdan sonra "Norrçöpinq" 16 xalla turnir cədvəlinin 9-cu, "Elfsborq" isə 25 xalla 4-cü pilləsində qərarlaşıb.
Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov 1989-cu ildə "Norrçöpinq"in formasını geyinib və həmin mövsümdə komandası çempionluq yaşayıb. 2 il sonra baş məşqçi kimi işlədiyi "Norrçöpinq"in 14 yaşlılardan ibarət komandasına qızıl medal qazandırıb
Qeyd edək ki, Bakıda keçiriləcək "İnter" - "Elfsborq" matçı iyulun 24-də saat 21:00-da başlayacaq.