"Zirə"nin futbolçusu Nelson Bonilya Salvador yığmasının heyətində növbəti matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, ABŞ-da keçirilmiş yoldaşlıq görüşündə rəqib Ermənistan millisi olub.
Görüş ermənilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bonilya start heyətində meydana çıxıb. İlk qolu isə hələ 3-cü dəqiqədə onun komanda yoldaşı Xavyer Qarsiya öz qapısına vurub.