
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə 5 pillə geriləyib.
Robert Prosineçkinin rəhbərlik etdiyi komandası 252 xalla 138-ci pillədə qərarlaşıb. Millimizin ən yaxın qonşusu Gürcüstan 14 pillə geriləmə nəticəsində 260 xalla 137-ci pillədə yer alıb. Azərbaycan aktivində 250 xal olan və 2 pillə irəliləyən Makedoniya yığmasını 1 pillə qabaqlayıb.
Növbəti reytinq cədvəli iyulun 14-də açıqlanacaq.