
Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mehmet Topalla müqavilə müddətini artıracaq. Sportnet.az-ın məlumatına görə, artıq tərəflər böyük ölçüdə anlaşma əldə edib.
Müddət açıqlanmasa da, yeni müqaviləyə əsasən Topal ildə 2.5 milyon avro qazanacaq və hər oyun üçün ödəniş alacaq.
Tərəflərin tezliklə imza üçün bir araya gələcəyi gözlənilir.