1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiya millisində ŞOK itki
Rusiya milli komandası Avropa çempionatı öncəsi ciddi zədə ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, Serbiya ilə yoldaşlıq görüşünün ikinci hissəsinin əvvəlində İqor Denisov sol baldırından zədələnib.
O, dərhal Denis Qluşakovla əvəzlənib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Baş məşqçi Leonid Slutski oyundan sonra verdiyi açıqlamada Denisovun Avropa çempionatında iştirak edə bilməyəcəyini söyləyib. O, təcili olaraq, heyətə yeni oyunçu dəvət edəcəklərini söyləyib.
Qeyd edək ki, İqor Denisov əsas heyət oyunçusu sayılır. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Reqlamentə əsasən, final mərhələsinin startınadək yekun heyətdə dəyişiklik etmək mümkündür. Daha öncə Alan Zaqoyev də zədələnərək, heyətdən çıxarılıb.