1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tarixi qələbənin yubileyi - VİDEO
Bu gün Azərbaycan milli komandasının tarixində ən parlaq qələblərindən birinin yubileyidir. Sportnet.az-ın məlumatına görə, millimizin Slovakiya yığmasına Bakıda 2:0 hesabı ilə qalib gəldiyi rəsmi oyundan düz 15 il keçir.
2001-ci ilin iyunun 6-dakı həmin matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. İqor Ponomaryovun baş məşqçi olduğu yığma 26-cı dəqiqədə Vadim Vasilyevin, 55-ci dəqiqədə Zaur Tağızanənin vurduğu qollarla qələbə qazanıb. Vasilyevin qolunda məhsuldar ötürməni Tağızadə, Tağızadə fərqləndə Vaslyev edib.
Sözsüz ki, oyunun əsas qəhrəmanlarından biri qapıçımız Cahangir Həsənzadə idi. Onun möhtəşəm qurtarışları rəqibin qələbə arzusunun üstündən xətt çəkdi.
Slovakiya millisi həmin vaxt 2002-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdən idi. Qrunun aşkar favoriti İsveç idisə, 2-ci yer uğrunda Türkiyə ilə Slovakiya arasında gərgin mübarizə aparırdı. Millimiz çoxlarının gözləmədiyi halda slovakları büdrətdi və nəticədə qardaş ölkənin təmsilçisinin final mərhələsinə yollanmaq şansını artırdı.
Sonda elə də oldu. Bakıdakı məğlubiyyət slovaklara baha başa gəldi və onlar qrupda qaldılar. Şenol Günəşin baş məşqçisi olduğu Türkiyə yığması isə Yaponiyia və Cənubi Koreyada keçirilən həmin dünya çempionatında tarixində ən böyük uğuruna imza atdı. Bu, mundualda 3-cü yeri tutaraq bürünc mükafatçı olması idi.