Səfərdə Portu-Alleqri "İnternasyonal""ı ilə qarşılaşan "Flamenqo" 0:4 hesabı ilə məğlub olub. 31 yaşlı futbolçu isə "Beyra Rio" stadionunun çıxışında sifətindən zərbə alıb. O, klubun avtobusunda gizlənmək istədiyi vaxt döyülüb.
Qeyd edək ki, Andre Santos karyerası ərzində Braziliya klublarından əlavə 2009 - 2011-ci illərdə Türkiyənin "Fənərbağça", 2011 - 2013-cü illərdə isə İngiltərənin "Arsenal" klublarının şərəfini qoruyub. O, həmçinin Braziliya milli komandasının heyətində 24 matça çıxıb.