1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransadan çətin start qələbəsi - YENİLƏNDİ
Bu gün Fransada futbol üzrə Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, çempionatda ilk dəfə 24 yığma komanda 6 qrupda mübarizə aparır.
Avropa çempionatının açılış oyunu Fransa və Rumıniya komandaları arasında keçirilib. Bakı vaxtı ilə saat 23:00-da başlayan matç meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.
Görüşdə vurulan hər 3 qol fasilədən sonra olub. AVRO-2016-da ilk qolun müəllifi fransızların əsas qol ümidi Olivye Jiru olub. O, başla hesabı açıb. Rumınlar tezliklə penaltidən tarazlığa nail olub. Ancaq matçı yaxşı səviyyədə keçirən Angel İordaneskunun yetirmələri layiq olmadıqları məğlubiyyəti alıblar. Fransızlar sona 1 dəqiqə qalmış Dimitri Payetin gözəl qolu sayəsində çətin qələbə qazanıblar.
Avropa çempionatı, ilk tur
A qrupu
Fransa - Rumıniya - 2:1
QOLLAR: Olivye Jiru, 58, Dimitri Payet, 89 - Boqdan Stanku, 65-pen
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Byorn Kuypers
Əlavə ehtiyat hakim: Sander van Rukel (hər ikisi Hollandiya)
Sen-Deni. "Stad de France"
Qeyd edək ki, Avropa çempionatının final oyunu iyulun 10-da keçiriləcək.