1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyəli qapıçının millimizə çağırılmasının təfərrüatı
Türkiyənin "Altınordu" komandasının qapıçısı Tuncer Muhammet Can Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasına dəvəti dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, hazırda yığma ilə birgə Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan yeniyetmə qolkiper fərqli təcrübə qazanacağını bildirib.
Tuncerin fikrincə, Azərbaycan millisinə çağırılması gələcəkdə onun Türkiyə yığmasında oynamasını əngəlləməyəcək: "Azərbaycan bizim qardaş ölkəmizdir. Bəlkə bu komandanın formasını geyinməyimdən sonra iki ölkə arasında xüsusən futbolda fərqli işbirliyi yarana bilər".
Altınordu Futbol Peşəsi Məktəbinin (AFPM) müdiri Savaş Sərdar isə 15 günlük toplanış müddətində Tuncerin yığma təcrübəsi qazanacağını bildirib: "Rostovdakı toplanışın ardından iyulda da hazırlıq prosesi baş tutacaq. Daha sonra seçmə mərhələ oyunları olacaq. Bunlar qapıçımızın beynəlxalq oyun təcrübəsinin artmasına səbəb olacaq. Digər tərəfdən, komandamızdan 3 qapıçının milli komanda səviyyəsinə yüksəlməsi də bizim üçün qürurvericidir".
Tuncerin Azərbaycan yığmasına çağırılmasının təfərrüatları da məlum olub. Yığmanın seleksiyaçıları onu izləyərək, bəyəndikdən sonra məktəbin rəhbəri ilə görüşüblər. "Altınordu" qapıçısının yığmaya yolunu açmaq üçün təklifə müsbət yanaşıb. AFFA ilə yazışmalardan sonra köməkçi-məşqçi Zaur Hacı Məhərrəmov kluba təklif ünvanlayıb. Hüquqi prosedurların tamamlanmasından sonra yeniyetmə qapıçı millimizə dəvət alıb.
Qeyd edək ki, dünəndən başlanan Rostov toplanışına iyunun 25-də yekun vurulacaq.