İsveçrə milli komandasının futbolçusu Qranit Caka qardaşına qarşı oynamasını şərh edib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi AVRO-2016-da ilk matçında Albaniya yığmasının şərəfini qoruyan qardaşı Taulentə rəqib olub.
O, bu matçın artıq arxada qaldığına görə sevindiyini bildirib: "Mən Taulentlə görüşü nəzərdə tuturam. Biz bu oyunda haqda çox danışırdıq. Mətbuatda çox şey yazılmışdı. Fikrimcə, biz özümüzü əsl peşəkar kimi apardıq və öz yığmalarımız üçün 100 faiz gücümüzü qoyduq. Bizi heç heç bir şey saxlamadı. Qapıçımız Yan Zommerə minnətdarq olmalıyıq. O, sadəcə, əla çıxış etdi. Ancaq futbol belədir. Albanlar qol vurmağa çox yaxın idilər".
Qeyd edək ki, Qranit Caka Albaniya ilə matçın ən yaxşı futbolçusu seçilib.