Bu gün AVRO-2016-da növbəti oyun günü olub. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlərin final mərhələsində əsas azarkeşlik etdiyi Türkiyə yığması üçün start uğursuz alınıb. Fatih Terimin komandası Xorvatiya ilə zəif keçirdiyi matçda məğlub olub. Bununla da "ay-ulduzlular" qrupdan çıxmaq işini çətinləşdirib.
C qrupundakı matçlar favoritlərin gözlənilən qələbələri ilə yekunlaşıb. Polşa da Şimali İrlandiyanı minimal hesabla məğlub edib. Almaniya isə Ukrayna ilə oyunda hər hissəyə 1 qol vurub. Nəticədə son dünya çempionu hazırkı final mərhələsində 2 top fərqi ilə qalib gələn ilk yığma olub.
12 iyun
D qrupu
17:00. Türkiyə - Xorvatiya - 0:1
Qol: Luka Modriç, 41
Baş hakim: Yunas Eriksson (İsveç)
Hakim köməkçiləri: Matias Klasenius, Daniel Vernmark (hər ikisi İsveç)
Dördüncü hakim: Uilyam Kollam (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Stefan Yuhannesson, Markus Stremberqson (hər ikisi İsveç)
Paris. "Park-de-Prans” stadionu
C qrupu
20:00. Polşa – Şimali İrlandiya - 1:0
QOL: Arkadiuş Milik, 51
Baş hakim. Ovidiu Hatseqan (Rumıniya)
Hakim köməkçiləri: Oktavian Şovre, Sebastyan George (hər ikisi Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Əlavə hakim köməkçiləri: Aleksandru Tudor, Sebastyan Kotsesku (hər ikisi Rumıniya)
Nitsa. "Stad-de-Nis” stadionu
23:00. Almaniya – Ukrayna - 2:0
QOLLAR: Şkodran Mustafi, 19, Bastian Şvaynştayger, 90+2
Baş hakim: Martin Atkinson (İngiltərə)
Hakim köməkçilər: Maykl Mallarki, Stiven Çayld (hər ikisi İngiltərə)
Dördüncü hakim: Bobbi Madden (Şotlandiya)
Əlavə hakim köməkçilər: Maykl Oliver, Kreyq Pousen (hər ikisi İngiltərə)
Lill. "Pyer Morua” stadionu.