
Türkiyə milli komandasının futbolçusu Əmrə Mor bu ölkənin futbolunun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, AVRO-2016-da Xorvatiya ilə matçın 69-cu dəqiqəsində meydana daxil olan yarımmüdafiəmi "ay-ulduzlular"ın qitə birinciliyi tarixində çıxış edən ən gənc futbolçusu olub.
Mor bunu 18 yaş 323-cü günündı gerçəkləşdirib.
O, Avropa çempionatlarında ən gənc yaşda debüt edən 7-ci futbolçu kimi adını tarixə yazdırıb.
Xatırladaq ki, Danimarkada anadan olan Mor AVRO-2016 öncəsi Dortmund "Borussiya"sına keçib. Haqqında yüksək fikir söyləyilən futbolçunu hətta Lionel Menziyə bənzədirlər.