Polşa milli komandası üçün AVRO-2016-da Şimali İrlandiya yığması üzərində qələbə tarixi olub. Sportnet.az-ın məlumatına görə, bu, polşalıların Avropa çempionatlarının final mərhələsi tarixində ilk qələbəsi olub.
Belə ki, bu milli komanda 3-cü dəfə həlledici mərhələdə çıxış etsə də, bunadək qalib gələ bilməmişdi. Robert Levandovskinin kapitanı olduğu yığma eyni zamanda rəqibin uzunmüddətli məğlubiyyətsiz oyunlar seriyasına qon qoyub. Şimali İrlandiya bunadək son 12 matçda uduzmamaqla bu göstəricidə final mərhələsi iştirakçıları arasında rekordçu idi.