
Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə 8 komanda iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA İcraiyyə komitəsinin iclasının ardından jurnalistlərə açıqlamasında qurumun prezidenti Rövnəq Abdullayev bildirib.
O deyib ki, I Diviziondan elitaya heç bir klub yüksəlməyəcək. Premyer Liqada son 2 yeri tutan "Rəvan"la "Xəzər Lənkəran" isə lisenziya ala bilmədikləri üçün aşağı liqaya enəcək.