AVRO-2016-da ikinci penalti təyin olunub. Sportnet.az-ın məlumatına görə, bunu yenə Rumıniya yığması yerinə yetirərək qola çevirib.
Hər iki halda 11 metrlik cərimə zərbəsini yarımmüdafiəçi Boqdan Stanku dəqiq vurub. O, ilk turda Fransanın, bu dəfə isə İsveçrənin qapısına yol tapıb. Bununla da 28 yaşlı futbolçu turnirin tarixinə düşüb. Belə ki, Stankiu final mərhələlərində 2 və daha çox penaltidən qol vuran 3-cü futbolçu olub. Əvvəlki 2 oyunçu 1984-cü ildə danimarkalı Frank Arnesen və 2000-ci ildə ispaniyalı Qaiska Mendyetadır.
Stanku hesabına 2-ci qolu yazmaqla bombardirlər yarışında liderliyə yüksəlib. Hər halda, final mərhələsində digər fərlqənən futbolçuların hamısının hesabında 1 qol var.